BAKI, 18 fevral. TELEQRAF

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Husyev ilə görüş keçirib.

Teleqraf xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, görüşdə hər iki ölkə üçün prioritet sahələrdən biri olan mina təhlükəsi ilə mübarizə istiqamətində ikitərəfli əməkdaşlıq perspektivləri, eləcə də ANAMA ilə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti arasında Anlaşma Memorandumunun icrası məsələləri müzakirə edilib.