BAKI, 18 fevral. TELEQRAF
“Rəhbərliklə danışmışam. Sabah iclas olacaq. Yəqin ki, bununla bağlı lazımi tədbir görüləcək”.
Bu sözləri Teleqraf-a açıqlamasında I Liqa təmsilçisi “Səbail”in baş məşqçisi Adil Şükürov deyib.
Mütəxəssis XV turda MOİK-ə 0:1 hesabı ilə məğlub olduqları matçın 60-cı dəqiqəsində kapitan Yusif Nəbiyevlə aralarında yaşanan qalmaqalla bağlı danışıb:
“Futbolçu ilə sonradan danışığımız olmayıb. Deyilənlərin hamısı həqiqətə uyğun deyil, söz-söhbətdir. Hər şey iclasdan sonra aydınlaşacaq”.
Qeyd edək ki, “dənizçilər” hazırda 26 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.