BAKI, 18 fevral. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və Ukraynanın Əbu-Dabidə keçirilən danışıqlar zamanı atəşkəsə nəzarət mexanizmi ilə bağlı ümumilikdə razılığa gəldiklərini iddia edib.
Teleqraf xəbər verir ki, Zelenski bu barədə "Axios" portalı müsahibəsində məlumat yayıb.
Məlumatda bildirilir ki, tərəflər atəşkəs əldə olunacağı təqdirdə, ABŞ-nin rəhbərliyi altında və pilotsuz uçuş aparatlarından istifadə edilməklə monitorinq mexanizminin tətbiqi barədə prinsipial razılığa gəliblər.
Məqalədə qeyd olunur ki, Ukrayna bu prosesdə Avropa ölkələrinin də iştirakını istəyir, lakin Moskva buna qarşı çıxır