BAKI, 12 fevral. TELEQRAF
ABŞ-nin birinci xanımı Melaniya Trampın sayəsində daha bir qrup rus və ukraynalı uşaq ailələrinə qovuşub.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin məlumatında qeyd olunub.
Ağ Ev neçə uşağın yenidən bir araya gəldiyini və bunun nə vaxt baş verdiyini açıqlamasa da, birinci xanımın bu cür repatriasiyada vasitəçilik etdiyi üçüncü dəfə olduğunu qeyd edib.