BAKI, 12 fevral. TELEQRAF
NATO-nun Ukrayna üzrə Ramşteyn Təmas Qrupuna daxil olan ölkələr Kiyevə əlavə 35 milyard dollar ayırmaq barədə razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Heli bildirib.
Ramşteyn Formatı Kiyevə əlavə hərbi yardımı müzakirə edən beynəlxalq koalisiyadır. Buraya 50-dən çox ölkə — bütün NATO üzvləri, əksər Aİ üzvləri, Afrika və Asiyadan olan müttəfiqlər daxildir. Əlaqə qrupunun adı ilk toplantının keçirildiyi Almaniyadakı eyniadlı aviabazadan götürülüb.