BAKI, 12 fevral. TELEQRAF
ABŞ-nin Ukraynaya yardımı 2025-ci ildə 99% azalıb.
Teleqraf xəbər verir ki, bu barədə "Unian.net" məlumat yayıb.
Tədqiqatçılar bildirirlər ki, 2025-ci ildə Ukraynaya göstərilən ümumi hərbi yardım 2022-2024-cü illər üçün illik orta göstəricidən 13% aşağı olub. Humanitar və maliyyə yardımlarında da azalma olub; 5%
Donald Tramp administrasiyasının Ukraynanı maliyyələşdirməkdən imtina etməsindən sonra Avropa səylərini artırıb. Avropanın hərbi yardımı əvvəlki illərin orta göstəricisi ilə müqayisədə 67%, qeyri-hərbi yardım isə 59% artıb .
Avropada maliyyə və humanitar yardım hazırda əsasən Aİ qurumları tərəfindən kreditlər və qrantlar vasitəsilə təmin edilir. Aİ tərəfindən Ukraynaya göstərilən bu cür yardımın payı 2022-ci ildə təxminən 50%-dən 2025-ci ildə təxminən 90 % -ə ( 35,1 milyard avro) qədər artıb.
ABŞ-nin azalan dəstəyini kompensasiya etmək üçün NATO PURL təşəbbüsünü həyata keçirib. Bu təşəbbüs çərçivəsində donorlar 2025-ci ilə qədər Ukrayna üçün HIMARS və Patriot sistemləri də daxil olmaqla 3,7 milyard avro dəyərində ABŞ silahları alıblar.
Eyni zamanda, donorlar getdikcə daha çox Ukrayna müdafiə sənayesindən birbaşa silah alıblar.