BAKI, 12 fevral. TELEQRAF

“Zirə” yeni futbolçuyla anlaşıb.

Teleqraf klubunun rəsmi saytlna istinadən xəbər verir ki, “qartallar” Anatoli Nuriyevi heyətinə qatıb.

Hücumçuyla cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, milli komandamızın da üzvü olan Nuriyev daha əvvəl Ukraynanın “Hoverla”, “Munkaç”, “Seredniye”, “Stal”, “Minay”, “Kolos”, ölkəmizdə isə “Sumqayıt”, və “Sabah” klublarında çıxış edib.