BAKI, 12 fevral. TELEQRAF

Böyük Britaniya Ukraynaya 500 milyon funt sterlinqdən (təxminən 682 milyon dollar) çox dəyəri olan növbəti hərbi yardım paketini elan edib.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, vəsaitin əsas hissəsi hava hücumundan müdafiə sistemlərinin və strateji raketlərin tədarükünə yönəldiləcək.

Yardım paketinin ən böyük hissəsi - 390 milyon funt sterlinq Şimali İrlandiyanın Belfast şəhərində istehsal olunan 1000 ədəd yüngül çoxməqsədli raketin (LMM) alınmasına ayrılıb. Bu raketlər Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulub.

Bundan əlavə, rəsmi London yaxın aylarda Ukrayna Silahlı Qüvvələrinə 1200 ədəd zenit raketi və 200 min ədəd müxtəlif çaplı artilleriya mərmisi göndərəcək.