BAKI, 12 fevral. TELEQRAF

GƏNCƏ, 12 fevral. TELEQRAF

Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, avtomobil yolu keçmək istəyən Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Ləman Hüseynova və Gədəbəy rayon sakini 1979-cu il təvəllüdlü Ruhiyyə Məmmədovanı vurub.

Hər iki şəxs Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.