BAKI, 13 fevral. TELEQRAF

Bakının Qaradağ rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyinindən Teleqraf-a verilən xəbərə görə, Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 900 m² (hər mərtəbəsi 450 m²) olan ikimərtəbəli binanın pilləkən qəfəsində quraşdırılan 1 ədəd elektrik sayğacı və 1 ədəd qoruyucu açar yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş otaqdan 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

2026.02.12 - 20:44

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən yaşayış binasında yanğın olub.

Teleqraf xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 10 ədəd elektrik sayğacı və qoruyucu açar yanıb.

Yanğınsöndürənlər tərəfindən tüstünün təsirinə məruz qalmış mənzillərdə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 3 nəfər xilas olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub. Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.