BAKI, 12 fevral. TELEQRAF
Qazaxıstanda prezidentin bir dəfəlik, yeddi illik müddətə seçilməsi nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə “Kazaxstanskaya pravda” qəzetində dərc olunan yeni Konstitusiya layihəsində bildirilir.
Layihəyə əsasən, Qazaxıstan Prezidenti konstitusiya qanununa uyğun olaraq, respublikanın yetkinlik yaşına çatmış vətəndaşları tərəfindən ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə yeddi il müddətinə seçilir. Eyni şəxsin Konstitusiyaya uyğun olaraq iki dəfədən artıq prezident seçilməsi mümkün olmayacaq.
Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə respublika referendumu 15 mart tarixində keçiriləcək.