BAKI, 12 fevral. TELEQRAF

ABŞ vətəndaşı Prezident Trampla bağlı mübahisə zamanı qızını güllələyib.

Teleqraf "Daily Mail"ə istinadən xəbər verir ki, hadisə Texasda baş verib.

Böyük Britaniyadan olan qız atasının yeni ailəsini ziyarət etmək üçün Texasa gəlib.

İçkili ata ABŞ Prezidenti Donald Trampa görə qızı ilə mübahisə edib. Mübahisədən sonra ata qızını ürəyindən güllələyib. Qızı xilas etmək mümkün olmadı.

Əvvəlcə hadisə qəza kimi təsnif edilsə də, tezliklə atanın hərəkətlərinin qəsdən törədildiyi sübut edilib.