BAKI, 12 fevral. TELEQRAF

UEFA Millətlər Liqasının 2026/2027-ci il mövsümünün püşkü atılıb.

Teleqraf xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə təşkil edilən püşkatmanın nəticəsinə görə D liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

Püşk zamanı birinci səbətdə yer alan Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 2-ci qrupda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.

Millətlər Liqasında yeni mövsümə sentyabrda start veriləcək.