BAKI, 12 fevral. TELEQRAF

Rumıniya fevralın 19-da keçiriləcək Sülh Şurasının ilk iclasında yalnız nizamnaməni imzalamamış ölkələrin də bu formata daxil ediləcəyi halda təmsil oluna bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Agerpres" agentliyi mənbələrə istinadla məlumat yayıb.

Mənbələrdən birinin sözlərinə görə, Rumıniya ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına qoşulma ilə bağlı sənədlərin imzalanmasını təxirə salır.

Xatırladaq ki, fevralın 8-də Rumıniya prezidenti Nikuşor Dan Vaşinqtonda fevralın 19-da keçiriləcək Sülh Şurasının ilk iclasına dəvət aldığını bildirmiş və ABŞ tərəfdaşları ilə məsləhətləşmələrdən sonra cavab veriləcəyini qeyd etmişdi.

Qeyd edək ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələri Qəzza zolağında sülhün nizamlanması məqsədilə yaradılan Sülh Şurasının Nizamnaməsini imzalayıblar. Vaşinqton daha sonra təşkilata digər dövlətlərin də qoşulduğunu açıqlayıb. Sülh Şurası İsrail ilə radikal Fələstin hərəkatı HƏMAS arasında əldə olunan razılaşmaya uyğun olaraq Qəzzanın idarə olunması üçün yaradılıb, lakin gələcəkdə digər regionlarda da münaqişələrin qarşısının alınması və tənzimlənməsi ilə məşğul olması nəzərdə tutulur.