BAKI, 12 fevral. TELEQRAF

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçiyə İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsinin 47-ci ildönümü münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin “X” səhifəsində məlumat verilib.