BƏRDƏ, 13 fevral. TELEQRAF
12.02.2026-cı il tarixdə saat 20:15 radələrində baş verən yol-nəqliyyat hadisəsilə bağlı 2 nəfər (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
Onlardan 2001-ci il təvəllüdlü şəxsə ilkin tibbi yardım göstərilib və ixtisaslı tibbi xidmətin göstərilməsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasına təxliyə edilib.
1973-cü il təvəllüdlü şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində 1999-cu il təvəllüdlü şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
20:54 / 12.02.2026
Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Gərənə kəndi ərazisində baş verib.
Hərəkətdə olan "Mercedes" markalı avtomobil "VAZ"2106 markalı avtomobillə toqquşub.
Qəza zamanı bir nəfər ölüb, iki nəfər isə yaralanıb.
"VAZ 2106"nın sürücüsü Ocaqverdiyev Elməddin hadisə yerində dünyasını dəyişib.
Avtomobillərdə olan Musayev Vasif İsfəndiyar oğlu və Əhmədov Elçin Kamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.