BAKI, 12 fevral. TELEQRAF

Bakıda "Qarabağ" və İngiltərənin "Nyukasl" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyununa satılan biletlərin sayı açıqlanıb.

Teleqraf Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, indiyədək 18750 bilet satılıb.

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" oyunu fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.