AĞDAM, 12 fevral. TELEQRAF
Ağdam sakini ev quşları üçün nəzərdə tutulan dərmandan zəhərlənib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 2002-ci il təvəllüdlü Elnarə Bədəlova Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Qadına ilkin tibbi yardım göstərilib, vəziyyəti ağırdır.
İlkin məlumata görə, zəhərlənmə ehtiyatsızlıqdan baş verib.