BAKI, 12 fevral. TELEQRAF
ABŞ və Çin Cənubi Koreyada razılaşdırılmış ticarət müqaviləsini daha bir il uzatmağa hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti mənbələrə istinadla yazır.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın aprelin əvvəlində Pekinə səfəri planlaşdırılır. Razılaşmanın bu görüş zamanı imzalanacağı gözlənilir.
Mövcud ticarət razılaşması iki ölkə liderləri arasında ötən ilin oktyabrında Cənubi Koreyanın Busan şəhərində keçirilən görüşdən sonra əldə olunmuşdu.