BAKI, 12 fevral. TELEQRAF
Naxçıvan Muxtar Respublikasında (MR) səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq fərman imzalayıb.
Bununla da səhiyyə nazirinin Ali Məclis sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq.
Qeyd edək ki, B.Məmmədovun 1 dekabr 2025-ci il sərəncamı ilə Rəşadət Nabatov Naxçıvan MR-in səhiyyə nazirinin müavini təyin edilib. Səhiyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ona həvalə edilib.