BAKI, 12 fevral. TELEQRAF
Bu gün Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayev arasında görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı ikitərəfli gündəlikdə yer alan bir sıra aktual məsələlər nəzərdən keçirilib. Tərəflər 22 fevral 2022-ci il tarixində Moskvada imzalanmış "Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"yə uyğun olaraq əlaqələrin daha da inkişaf etdirilməsinə dair prinsipial niyyətlərini təsdiqləyiblər.
Söhbət əsnasında qarşıdakı siyasi təmasların qrafiki dəqiqləşdirilib, həmçinin bəzi regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.