BAKI, 12 fevral. TELEQRAF

Alimlərin fikrincə, qlobal istiləşmə nəzarətdən çıxarsa, Yer kürəsində yeni və daha ağır iqlim mərhələsi formalaşa bilər.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Guardian" qəzeti alimlərə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, dünya artıq geri dönüş nöqtəsinə daha da yaxınlaşıb. Bu hədd keçildikdən sonra nəzarətsiz qlobal istiləşmənin qarşısını almaq mümkün olmayacaq. Alimlər xəbərdarlıq edirlər ki, belə ssenari Yer kürəsində indiyədək gözlənilən iki-üç dərəcə temperatur artımından daha ağır nəticələrə səbəb ola bilər.

Məqalədə qeyd olunur ki, bu proses nəticəsində planetdə “istixana Yer” kimi xarakterizə edilən, daha sərt və təhlükəli iqlim şəraiti formalaşa bilər.