BAKI, 27 yanvar. TELEQRAF
ABŞ ordusu Yaxın Şərqdə "Çevik Spartan" hava qüvvələri təliminə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri Mərkəzi Komandanlığı məlumat yayıb.
Təlimin məqsədi Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasında döyüş əməliyyatlarını aparmaq bacarığını nümayiş etdirməkdir.