BAKI, 27 yanvar. TELEQRAF

Çin ABŞ-ni Kuba xalqını yaşamaq və inkişaf etmək hüququndan məhrum etməyi dayandırmağa çağırıb.

Teleqraf xəbr verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb .

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakonq rəsmi Pekinin ABŞ-nin Kuba siyasətindən dərin narahat olduğunu dilə gətirib: "Regional sülhün və sabitliyin pozulmasına son qoyulmalıdır. Kubaya qarşı embarqo və sanksiyalar dərhal ləğv edilməlidir. Çin Kubaya kömək və dəstək göstərmək üçün əlindən gələni edəcək. Əminik ki, Kuba xalqı Kommunist Partiyasının rəhbərliyi altında bu müvəqqəti çətinliklərin öhdəsindən gələcək".