BAKI, 27 yanvar. TELEQRAF

Rusiya ordusu Xarkov bölgəsində sərnişin qatarını dronla vurub.

Teleqraf xəbər verir ki, nəticədə qatarda yanğın olub, iki nəfər xəsarət alıb.

Məlumata görə, Barvenkovo-Lvov-Çop marşrutu üzrə hərəkət edən qatar "Şahed" dronu ilə vurulub.

Qatarda 291 sərnişin olub.