BAKI, 27 yanvar. TELEQRAF

Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Moskvada işgüzar səfərdə olacaq Suriya Prezidenti Əhməd əl-Şaraa ilə Rusiya lideri arasında keçiriləcək görüşdə müzakirə olunacaq məsələlər barədə məlumat verilməyib.