BAKI, 25 yanvar. TELEQRAF

Suriyanın keçid hökumətinə tabe olan Müdafiə Nazirliyi “Suriya Demokratik Qüvvələri” (SDQ) ilə atəşkəs rejiminin 15 gün müddətinə uzadıldığını elan edib.

Teleqraf xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, qərar yanvarın 24-də yerli vaxtla saat 23:00-dan qüvvəyə minib. Bildirilib ki, atəşkəsin uzadılması ABŞ-nin SDQ-nin nəzarətində olan həbsxanalardan “İslam Dövləti” terror qruplaşmasının üzvlərinin İraqa köçürülməsi üzrə əməliyyatlarına dəstək məqsədi daşıyır.

Xatırladaq ki, yanvarın 18-də Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa kürd silahlı birləşmələri ilə yeni atəşkəs razılaşmasını təsdiqləmişdi.