BAKI, 3 aprel. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampın İranı "daş dövrü"nə" qaytarmaqla bağlı hədələrinin genişmiqyaslı hərbi cinayət hesab edilib-edilməyəcəyi ilə maraqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Məsud Pezeşkian "X" hesabında paylaşım edib.
"Mən bu sualı ixtisasca hüquqşünas olan finlandiyalı həmkarıma (Aleksandr Stubb - red.) verdim", - o qeyd edib.