BAKI, 23 yanvar. TELEQRAF

Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli görüşün iştirakçıları danışıqları şənbə günü davam etdirmək barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə ilk üçtərəfli görüş 23 yanvarda Əbu-Dabidə başlayıb. Həm Moskva, həm də Kiyev üçün Donbasın suverenliyi məsələsi fundamentaldır və görüş zamanı müzakirə olunacaq.

Kiyev həmçinin Donbasın suverenliyi məsələsinin BƏƏ-də müzakirə olunacağını təsdiqləyib.