BAKI, 11 mart. TELEQRAF

İspaniyanın “Atletiko Madrid” klubunun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasında (ÇL) 64-cü qələbəsini qazanıb.

Teleqraf xəbər verir ki, mütəxəssis buna ÇL-in 1/8 finalında “Tottenhem”i 5:2 hesabı ilə məğlub etdikləri görüşdə nail olub.

Bununla da Simeone Rafael Benites və Lui Van Qalı geridə qoyub.

Turnirin tarixində baş məşqçilərdən Joze Mourinyo 87 qələbə, Arsen Venger 103, Aleks Fergyuson 115, Xosep Qvardiola 120 və Karlo Ançelotti 129 qələbə ilə top-5-lik siyahıda yer alır.