BAKI, 11 mart. TELEQRAF

Çapar – Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyi Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi çərçivəsində milli kimliyin təbliği ilə bağlı layihə həyata keçirir.

Birliyin sədri Dilqəm Əhmədin Teleqraf-a verdiyi məlumata görə, qloballaşan dünyada milli kimlik dəyərlərinin tədrisdə daha müasir və şagirdyönümlü yanaşmalarla təbliğinə ehtiyac var.

Onun sözlərinə görə, bu məqsədlə müasir dövrdə şagirdlərin videomateriallara artan marağını nəzərə alaraq, milli kimlik mövzusu üzrə öyrədici və cəlbedici videomaterialların hazırlanmasına ehtiyac duyulmaqdadır.

D.Əhməd bildirib ki, layihə çərçivəsində müasir tələblərə uyğun milli kimliyin dərki istiqamətində beş videomaterial hazırlanacaq və bu məhsullardan bütün məktəblərdə tədris prosesində istifadə ediləcək.