BAKI, 11 mart. TELEQRAF

AFFA "Neftçi"ni 15000 manat cərimələyib.

Teleqraf xəbər verir ki, bu barədə İntizam Komitəsinin bu gün baş tutan iclasında qərar qəbul edilib.

Buna Azərbaycan Premyer Liqasının XXIII turun “Neftçi” – “Turan Tovuz” oyununda "ağ-qara" azarkeşləri tərəfindən təhqiredici pankart açılması səbəb olub. Həmçinin, "Neftçi” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə paytaxt klubu 8000 manat cərimələnib.

Bununla yanaşı, “Şamaxı” – “İmişli” oyununda qonaq komandada 5 nəfər sarı vərəqə aldığı üçün “İmişli” 700 manat cərimələnib.

“Zirə” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığından gəncəlilər 700 manat ziyana düşüb.