BAKI, 11 mart. TELEQRAF
Qazaxıstandan Rusiyanın “Drujba” boru kəməri ilə nəql edilən neft Qərb sanksiyalarına məruz qalmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə energetika naziri Yerlan Akkenjenov bildirib.
“Qazaxıstan nefti sanksiyalara məruz qalmayacaq”, - o, Böyük Britaniyanın 2027-ci ildə boru kəmərinə qarşı tətbiq etməyi planlaşdırdığı sanksiyalarla bağlı sualı cavablandırarkən qeyd edib.