BAKI, 22 yanvar. TELEQRAF
Mark Rutte Qrenlandiyanın gələcək razılaşma çərçivəsində kimə məxsus olacağı ilə bağlı sualdan yayınıb.
Teleqraf xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte "Fox News" telekanalına müsahibəsində Qrenlandiyanın gələcək razılaşmalar çərçivəsində Danimarkaya məxsus qalması məsələsinə birbaşa cavab verməyib.
Ruttenin sözlərinə görə, bu mövzu onun Donald Trampla son söhbətlərində artıq qaldırılmayıb. O bildirib ki, ABŞ prezidenti əsas diqqətini geniş Arktika regionunun müdafiəsi üçün görülməli tədbirlərə yönəldib.
Qeyd edək ki, Tramp bundan əvvəl Qrenlandiya və ümumilikdə Arktika regionu ilə bağlı gələcək razılaşmanın çərçivələrinin hazırlandığını açıqlamışdı. ABŞ prezidenti əldə olunan razılaşmaların detallarını açıqlamayıb və şərtlərin daha sonra izah ediləcəyini bildirib. O, həmçinin Qrenlandiyanı dəstəkləyən Avropa ölkələrinə qarşı əvvəlcədən elan edilmiş rüsumların fevralın 1-dən tətbiq edilməyəcəyini qeyd edib.