BAKI, 22 yanvar. TELEQRAF

ABŞ-nin Merilend ştatında yerləşən Pataksent-River Hərbi-Dəniz Aviasiya Bazasında naməlum, ehtimal ki, qeyri-yer mənşəli obyekt saxlanılır.

Teleqraf xəbər verir ki, bu iddia Britaniyanın "Daily Mail" nəşrinin mənbələrə istinadən yaydığı məlumatda yer alıb.

Qəzetin yazdığına görə, sözügedən obyekt 1950-ci illərdən etibarən hərbi bazada qorunur. Bildirilir ki, son dövrlər bazanın ətrafında təhlükəsizlik tədbirləri xeyli gücləndirilib.

Nəşrin mənbələrinin sözlərinə görə, ABŞ hakimiyyətinin obyektin dəqiq saxlanma yerinin ictimailəşdiriləcəyi təqdirdə onun təxliyəsini nəzərdə tutan xüsusi planı da mövcuddur.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp ölkəsinin “təəccüblü silaha” malik olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, bu silah Venesuela prezidenti Nikolás Maduronun oğurlanması zamanı tətbiq edilib.