BAKI, 22 yanvar. TELEQRAF

ABŞ prezidenti Donald Tramp ölkəsinin hərbi kontingentinin Polşadan çıxarılması ilə bağlı heç bir planın olmadığını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Polşa prezidenti Karol Navrotski "Republica" televiziya kanalının efirində bildirib.

Onun sözlərinə görə, Tramp ABŞ qoşunlarının Polşada qalacağını açıq şəkildə bəyan edib: “Cənab Prezident Tramp təsdiqlədi ki, Amerika əsgərlərinin Polşadan çıxarılması ilə bağlı hər hansı plan mövcud deyil”.