BAKI, 22 yanvar. TELEQRAF
Avropa İttifaqının liderləri Brüsseldə Qrenlandiya və ABŞ ilə münasibətlər mövzusunda təcili sammit keçirəcək.
Teleqraf xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Avropa Şurasının sədri Antoniu Koşta təsdiqləyib.
O bildirib ki, liderlər Danimarka və Qrenlandiyanın suverenliyi və ərazi bütövlüyünə tam və qeyd-şərtsiz dəstəkməsələsini müzakirə edəcəklər. Bununla belə, Avropa Şurası görüşün gündəliyi barədə hələlik məlumat açıqlamayıb.
Məlumata görə, ali səviyyəli görüş işçi şam yeməyi formatında baş tutacaq və yerli vaxtla saat 18:00-dan sonra başlayacaq.