BAKI, 22 yanvar. TELEQRAF
"Ford" şirkəti ABŞ-də təxminən 119 min avtomobilini geri çağıracağını elan edib.
Teleqraf xəbər verir ki, bu barədə CBS məlumat yayıb.
Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi bildirib ki, geri çağırışa səbəb mühərrik blokunun qızdırıcısında potensial təhlükəli nasazlıqdır. Bəzi hallarda qızdırıcı çatlaya və cihazın qoşulması zamanı qısa qapanma, yanğın riskinə səbəb ola bilər.
Geri çağırışa "Ford Focus" (2013-2018 və 2016-2018), "Escape" (2013-2019), "MKC" (2015-2016), "Explorer" (2019-2024) modelləri daxil olub.
Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi avtomobil sahiblərinə nasazlıq aradan qaldırılana qədər mühərrik qızdırıcısını müvəqqəti istifadə etməməyi tövsiyə edir. Ford isə bildirib ki, rəsmi dilerlər qüsurlu hissələri pulsuz əvəz edəcək.