BAKI, 21 yanvar. TELEQRAF
UEFA Çempionlar Liqasında əsas mərhələnin VII turuna start verilib.
Teleqraf xəbər verir ki, ilk oyun günündə 9 matç baş tutub.
Turnirin son qalibi olan Fransanın PSJ klubu Portuqaliyada yerli "Sportinq" komandasına 1:2 hesabı ilə uduzub.
İtaliya "İnter"i doğma meydanında İngiltərənin "Arsenal" kollektivinə məğlub olub - 1:3.
İspaniya təmsilçisi "Real Madrid" isə evdə Fransa "Monako"sunu darmadağın edib - 6:1.
UEFA Çempionlar Liqası
Əsas mərhələ, VII tur
20 yanvar
"Budo/Qlimt" (Norveç) - "Mançester Siti" (İngiltərə) 3:1
"Kayrat" (Qazaxıstan) - "Brügge" (Belçika) 1:4
"Sportinq" (Portuqaliya) - PSJ (Fransa) 2:1
"Real Madrid" (İspaniya) - "Monako" (Fransa) 6:1
"İnter" (İtaliya) - "Arsenal" (İngiltərə) 1:3
"Tottenhem" (İngiltərə) - "Borussiya Dortmund" (Almaniya) 2:0
"Olimpiakos" (Yunanıstan) - "Bayer Leverkuzen" (Almaniya) 2:0
"Vilyarreal" (İspaniya) - "Ayaks" (Niderland) 1:2
"Kopenhagen" (Danimarka) - "Napoli" (İtaliya) 1:1