BAKI, 21 yanvar. TELEQRAF
"Xankəndidən çıxanda uşaq idim. Bağçaya gedirdim. İndi ora qayıdıram, çox xoşbəxtəm".
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xankəndi şəhərinə qayıdan Elməddin Quliyev deyib.
Onun sözlərinə görə, Xankəndidə altı nəfərdən ibarət ailəsi ilə birlikdə yaşayacaq.
“Elə bu, Xankəndinə ilk səfərim deyil. Daha əvvəl də gəlmişdim, hətta vaxtilə yaşadığımız evi də tapmışdım. İndi isə Xankəndi xeyli gözəlləşib. Doğma yurdumuza qayıtmaqdan çox xoşbəxtəm”, – deyə o bildirib.
Elməddin Quliyev bu imkana görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edərək deyib: “Allah cənab İlham Əliyevə və qazilərimizə can sağlığı versin, şəhidlərimizə isə rəhmət eləsin”.