BAKI, 14 yanvar. TELEQRAF
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropanın Qrenlandiyadan imtina edəcəyini bildirib.
Teleqraf xəbər verir ki, Medvedev "X" sosial şəbəkəsində yazıb: "Prezidenti qaçıracaqlarmı? ABŞ-yə nüvə zərbəsi endirəcəklərmi? Əlbəttə ki, yox. Onlar sadəcə təslim olacaq və Qrenlandiyadan imtina edəcəklər. Və bu, əla Avropa presedenti olardı".
Daha əvvəl Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Avropa ölkəsinin suverenliyinin pozulmasının nəticələri görünməmiş dərəcədə ağır olacaq.