BAKI, 15 yanvar. TELEQRAF
Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, son üç il 176 illin ən isti dövrü olub.
Teleqraf xəbər verir ki, bu qənaətə aparıcı beynəlxalq elmi institutlar və meteorologiya xidmətləri tərəfindən hazırlanmış tədqiqat əsasında gəlinib.
ÜMT-nin məlumatına görə, bu üç il ərzində orta temperatur sənayeləşmədən əvvəlki dövrdə, 1850-ci ildən 1900-cü ilə qədər olan dövrdən 1,48 dərəcə selsi yüksək olub.