BAKI, 3 aprel. TELEQRAF

İsraildə iki ölkə vətəndaşına qarşı İranın xeyrinə casusluq etmək və təhlükəsizlik tapşırıqlarını yerinə yetirmək ittihamı ilə cinayət işi açılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Channel 12" məlumat yayıb.

Məlumata görə, həmin şəxslər İran kəşfiyyatı ilə əməkdaşlıqda və müəyyən edilmiş təhlükəsizlik missiyalarını icra etməkdə günahlandırılırlar. Prokurorluq artıq hər iki şəxs barəsində müvafiq ittihamnaməni məhkəməyə təqdim edib.