BAKI, 11 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Xüsusi Əməliyyatlar üzrə Birləşmiş Komandanlığına (JSOC) Qrenlandiyaya mümkün hərbi müdaxilənin detallı planını hazırlamaq göstərişi verib.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın "The Mail on Sunday" qəzeti mənbələrə istinadla yazıb.

Məlumata görə, Tramp Qrenlandiyanı onun strateji mövqeyi və mineral sərvətləri səbəbilə ABŞ-yə birləşdirmək niyyətindədir. O, daha əvvəl dəfələrlə adanın ABŞ-yə qoşulmasının vacibliyini bəyan edib.