BAKI, 4 mart. TELEQRAF
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper İranın ABŞ və İsrailin hücumuna cavab olaraq 500-dən çox ballistik raket və 2 mindən artıq pilotsuz uçan aparat (PUA) istifadə etdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə admiralın 3 mart tarixli bəyanatında bildirilib.
"Hazırkı mərhələdə İran rejimi cavab olaraq 500-dən çox ballistik raket və 2 mindən artıq PUA buraxıb. Eyni zamanda, İranın bizə və tərəfdaşlarımıza zərbə vurmaq qabiliyyətinin azaldığını, bizim isə döyüş potensialımızın artdığını görürük”, - Admiral Kuper qeyd edib.