BAKI, 4 mart. TELEQRAF
İrandakı kürd qüvvələri ABŞ və İsrailin dəstəyi ilə quru əməliyyatına hazırlaşırlar.
Teleqraf xəbər verir ki, bu barədə planla tanış olan mənbə CNN-ə bildirib.
Mənbə qeyd edib ki, qüvvələr yaxın günlərdə hərəkətə keçəcəklər.
CNN vurğulayıb ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İranda xalq üsyanını qızışdırmaq məqsədi ilə kürdləri silahlandırır.
“Əgər bu məlumat təsdiqlənərsə, bu, ABŞ-nin “Epik Qəzəb” hava kampaniyasının İranın şimal-qərb sərhədinə doğru quru cəbhəsi ilə genişləndiriləcəyi anlamına gələcək”, - mənbə əlavə edib.