BAKI, 4 mart. TELEQRAF

İranın mərhum Ali rəhbəri Əli Xameneinin oğlu Müctəba Xamenei ölkənin növbəti lideri ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” Tehrandakı mənbələrə istinadla məlumat yayıb.

Agentliyin mənbələrinə görə, Müctəba Xamenei ABŞ və İsrailin sui-qəsd cəhdindən salamat çıxa bilib.

Mənbələr dini-siyasi rejimin Əli Xameneinin ölümündən sonra onu İranın növbəti ali rəhbəri kimi gördüyünü bildiriblər.