BAKI, 4 mart. TELEQRAF

İranın yeni ali rəhbərinin seçilməsi prosesi ilə bağlı müddətlər hələ müəyyən edilməyib.

Teleqraf xəbər verir ki, bunu Dini Ekspertlər Şurasının üzvü ayətullah Seyid Müctəba Hüseyni bildirib.

O, müsahibəsində deyib: "Bu məsələ şəraitin bütövlükdə araşdırılmasını, hazırlanması lazım olan məsləhətləşmələrin keçiriləməsini tələb edir. Bu istiqamətdə iş həyata keçiriləcək".

Dini Ekspertlər Şurasının üzvü ali rəhbərliyin tezliklə formalaşacağına, rəhbərin seçilməsi barədə yekun rəyin elan ediləcəyinə ümidvar olduğunu bildirib.