BAKI, 4 mart. TELEQRAF

Səudiyyə Ərəbistanı bütün zəruri addımları ataraq öz ərazisinin və vətəndaşlarının təhlükəsizliyini təmin edəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə krallıq hökumətinin fövqəladə iclasının yekunlarına dair yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd olunur ki, Səudiyyə Ərəbistanı öz ərazisini, krallığın təbəələrini və ölkədə yaşayan şəxsləri qorumaq üçün bütün lazımi tədbirləri görəcək.

Nazirlər Kabineti eyni zamanda əraziləri İranın zərbələrinə məruz qalmış region ölkələrinə dəstəyini ifadə edib. Bildirilib ki, krallıq hakimiyyəti regiondakı münaqişə səbəbindən hələ də Səudiyyə Ərəbistanının hava limanlarında qalmaq məcburiyyətində olan Fars körfəzi ölkələrinin vətəndaşlarına göstərilən dəstəyi nəzarətdə saxlayır.