BAKI, 4 mart. TELEQRAF
Venesuellanın dövlət neft və qaz şirkəti "Petróleos de Venezuela" ABŞ bazarına neft və neft məhsullarının tədarükü üzrə müqavilələr imzaladığını və neft-qaz sahəsinə tətbiq edilmiş sanksiyaların aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Teleqraf xəbər verir ki, bu barədə səfirlik şirkətinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunur ki, PDVSA ABŞ bazarına neft və neft məhsullarının tədarükünə dair müqavilələr imzalayaraq ölkənin tarixi ticarət əlaqələrini qoruyub və təchizatların təminatını qarantiyalayıb. Yeni müqavilələrin Venesuelanın enerji bazarında iştirakı gücləndirdiyi vurğulanır.
Məlumatda həmçinin bildirilir ki, neft-qaz sektoruna tətbiq olunmuş sanksiyalardan azad olunma sahənin daxili istehsalını təşviq etmək və beynəlxalq ticarəti möhkəmləndirmək üçün zəruridir.